15:20 - 10.10.2023
10 oktyabr, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu (BVF) bu il Azərbaycanda inflyasiya proqnozunu yeniləyib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Fond bu il Azərbaycanda inflyasiya proqnozunu 11.3%-dən 10.3%-ə qədər endirib.
BVF hesab edir ki, 2024-cü ildə Azərbaycanda istehlak qiymətləri indeksi 5.6%-ə qədər enəcək. Bu isə Fondun əvvəlki proqnozundan 2.4% bəndi azdır.
BVF 2028-ci ildə isə Azərbaycanda inflyasiyanın 4%-ə enəcəyini müəyyən edib.
Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2023-cü ilin yekunları üzrə orta illik inflyasiyanı 9.5%, 2024-cü il üçün 5.3%, 2025-ci il üçün 4.9% proqnozlaşdırıb.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026