Azərbaycanda bank sektorunun kapitalı azalıb, ya artıb?

11:27 - 28.09.2023


28 sentyabr, Fineko/abc.az. Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun kapitalı 5 884,6 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 619,1 milyon manat və ya 11,8% çoxdur.

2022-ci ilin sentyabrın 1-nə Azərbaycanın bank sektorunun kapitalı 5 265,5 milyon manat təşkil edib.