Son 8 ayda Azərbaycanın bank sektoru bu qədər mənfəət əldə edib

10:04 - 26.09.2023


26 sentyabr, Fineko/abc.az. Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 724.2 milyon manat xalis mənfəət əldə edib.

ABC.AZ Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 22.9% çoxdur.

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın bank sektoru 589.4 milyon manat xalis mənfəət əldə edib.

Bu dövrdə bankların əməliyyat mənfəəti isə 25.2% artaraq 1064 milyon manata bərabər olub.

2023-cü ilin 8 ayında banklar tərəfindən 187.4 mln. manat məbləğində mənfəət vergisi ödənilib.