ABŞ büdcəsində 1 ayda 89 milyard dollarlıq profisit yaranıb

14:20 - 14.09.2023


14 sentyabr, Fineko/abc.az. ABŞ federal hökuməti avqust ayında kəsir gözləntilərinin əksinə olaraq büdcədə 89 milyard dollarlıq artım əldə edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu, ABŞ Maliyyə Nazirliyinin avqust ayı üçün dərc etdiyi büdcə hesabatında öz əksini tapıb.

Sözügedən hesabatda qeyd edilib ki, federal hökumətin keçən ilin eyni ayında 220 milyard dollarlıq büdcə kəsiri var idi.

Beləliklə, büdcə balansı ötən ilin eyni ayı ilə müqayisədə 309 milyard dollar artıb.

Bu dövrdə büdcə balansı ilə bağlı bazarlarda büdcənin 240 milyard dollar kəsir verəcəyi gözlənilirdi.