ABŞ-dan Azərbaycana pul köçürmələri azalıb

12:02 - 13.09.2023


13 sentyabr, Fineko/abc.az. Azərbaycana ABŞ-dən daxil olmuş fiziki şəxslərin pul baratları azalıb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında qeyd edilir.

Belə ki, 2022-ci ilin ilk yarısı ABŞ-dən $77.1 milyon pul köçürüldüyü halda, bu rəqəm 2023-cü ilin eyni dövründə $34.98 milyona düşüb. Bu da illik müqayisədə $42.12 milyon və ya 54.6 faiz azalmadır.

Azərbaycandakı fiziki şəxslərdən isə bu ölkəyə 2022-ci ilin ilk altı ayında $29.53 milyon köçürüldüyü halda, 2023-cü ilin müvafiq dövründə $26.15 milyona düşüb ki, illik 11.5 faiz azdır.

Qeyd edək ki, 2023-cü ilin ilk yarısında Azərbaycandakı fiziki şəxslərə ümumilikdə $890.75 milyonluq vəsait köçürülüb və bu illik müqayisədə 44.5 faiz azalmadır.