14:53 - 12.09.2023
12 sentyabr, Fineko/abc.az. 2023-cü ilin 6 ayı üzrə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 5.2 milyard və ya ÜDM-in 14.5%-ni təşkil edib (2022-ci ilin 6 ayı üzrə 10.3 milyard profisit olmuşdu).
ABC,AZ xəbər verir ki, bu, Mərkəzi Bankın açıqladığı 2023-cü ilin 6 ayı üzrə tədiyə balansında bildirilir.
Qeyd edilib ki, neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 34.5% azalaraq 8.2 milyard dollar, qeyri-neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının kəsiri isə 37.8% artaraq 3.1 milyard dollar məbləğində olmuşdur.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 10.3 milyard dollar və ya ÜDM-in 27.6%-ni təşkil etmişdi (2021-ci ilin 6 ayı üzrə 1.9 milyard dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2.7 dəfə artaraq 12.5 milyard dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabının kəsiri isə 17.9% azalaraq 2.2 milyard dollar məbləğində olmuşdu.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026