Türkiyə buna görə Avropada 2-ci yerə yüksəldi

17:29 - 8.09.2023


8 sentyabr, Fineko/abc.az. Türkiyədə elektrikli avtomobil doldurma stansiyalarının sayı 3 min 790-a, şarj nöqtələrinin sayı isə 8 min 1-ə çatıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə Türkiyə Statistika Təşkilatının (TÜİK) 2023-cü ilin birinci yarısı ilə bağlı hesabatında qeyd edilib. 

Məlumatlara görə Türkiyə Avropada enerji doldurma stansiyalarına görə Almaniyadan sonra 2-ci yerdə qərarlaşıb.

Ötən ilin sonunda 14 min 552 olan elektrikli nəqliyyat vasitələrinin sayı, ilin ilk 6 ayında yüzdə 88,8 artaraq 27 min 476-ya çatıb.