Naxçıvanda vergi ödəyicilərinin sayı 2,1 dəfə artıb

10:22 - 7.09.2023


7 sentyabr, Fineko/abc.az. Naxçıvanda vergi ödəyicilərinin sayı 2,1 dəfə artıb.

ABC.AZ xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 4 min yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,1 dəfə artıb.