Cari ildə kreditlərin sığortası bazarı böyüyüb

14:56 - 6.09.2023


6 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kreditlərin sığortası üzrə 1,25 milyon manat sığorta haqqı toplanılıb.

ABC.AZ bu “Renkinq”ə istinadla xəbər verir ki,  bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Ötən 7 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə cəmi 500 manat təşkil edib (1 il bundan əvvəl sığorta ödənişi olmayıb).