Bu təşkilat Qazaxıstanın suveren kredit reytinqini stabil saxladı

11:14 - 5.09.2023


5 sentyabr, Fineko/abc.az. "Standard & Poor's (S&P) beynəlxalq reytinq agentliyi Qazaxıstanın suveren kredit reytinqini "BBB-/A-3" səviyyəsində, "stabil" proqnozu ilə təsdiqləyib.

ABC.AZ xəbər verir ki, bu barədə Milli İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstanın reytinqini dəstəkləyən əsas amillərin “ölkə iqtisadiyyatının güclü fiskal və xarici balansı, xalis dövlət borcunun aşağı olması və ölkənin likvid xarici aktivlərinin vəziyyətinin xarici şoklardan qorunması” olduğu qeyd edilib.

Ümumilikdə, S&P 2023-2026-cı illərdə Qazaxıstan iqtisadiyyatının artımını 4% səviyyəsində proqnozlaşdırır.