15:46 - 24.08.2023
24 avqust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, avqustun 24-də sürpriz şəkildə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 7,50 faiz bəndi artıraraq 25 faizə qaldırıb.
ABC.AZ-ın məlumatına görə, bundan öncə Bankın uçot dərəcəsini 20 faizə qədər artırılacağı proqnozlaşdırılırdı.
TCMB-nin yeni administrasiya işə başlayanda uçot dərəcəsi 8,50 faiz səviyyəsində idi.
TCMB-nin faiz qərarı açıqlanmamışdan əvvəl Dollar/Türk Lirəsi məzənnəsi 27,2708 lirə səviyyəsini görmüşdü. Qərardan sonra məzənnə 27 lirə səviyyəsindən də aşağı düşüb və 26,6751 lirə olub (saat 15:12-yə olan məlumat). Türk Lirəsi Dollar qarşısında 2 faizdən çox bahalaşıb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026