14:23 - 24.08.2023
24 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 24 bankdan 11-i bu ilin yanvar-iyun aylarında mənfəət vergisi ödəyib ki, bunlardan da 6-da sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
ABC.AZ "Renkinq"ə istinadla xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank of Baku”, “Xalq Bank”, “Bank Respublika” və “Kapital Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.
Qalan 5 bankdan 3-nün – “PAŞA Bank”, “Express Bank” və “Azərbaycan Sənaye Bankı” ASC-lərin mənfəət vergisi ödəmələri azalıb, 2 bank - “Azər-Türk Bank” və “Naxçıvan Bank” ASC-lər isə bu ilin 6 ayında mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə ödəməyib. Odur ki, onların vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
Bu ilin 6 ayında mənfəət vergisi ödəməmiş 13 bank isə həm də ötən ilin eyni dövründə mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların da vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026