Valyuta hərracında banklar $61 mln çox pul alıblar

12:43 - 24.08.2023


24 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, avqustun 24-də keçirilən valyuta hərracında bankların tələbi $61,33 mln təşkil edib və tam təmin edilib.

Valyuta hərracının yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Avqustun 22-də valyuta hərracında AMB banklara $59,9 mln satıb.