Xüsusi ehtiyatlara ayırmaları artan banklar

10:47 - 24.08.2023


24 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 24 bankdan 4-nün bu ilin I yarısındakı xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, bunlar, “Azər-Türk Bank”, “Unibank”, “PAŞA Bank” və “Zıraat Bank Azərbaycan” ASC-lərdir.

Ən yüksək dinamika “Azər-Türk Bank”da (10 dəfə), ən aşağı dinamika isə “Zıraat Bank Azərbaycan”da (21,9%) qeydə alınıb.

2 bankın – “Bank of Baku” ASC-nin və İran Milli Bankının Bakı filialının xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti artıb, 2 bankın – “Bank VTB Azərbaycan” və “AFB Bank” ASC-lərin isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti azalıb.