MTK-larda sayğac quraşdırılması üçün 7 ayda 67 müraciət daxil olub

16:19 - 23.08.2023


23 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə mənzil-tikinti kooperativləri tərəfindən sayğacların quraşdırılmasına görə ödənişin tələb edilməsi ilə bağlı 67 müraciət daxil olub.

Bu barədə ABC.AZ-a Dövlət Xidmətindən bildirilib.

Dövr ərzində Dövlət Xidməti ümumilikdə təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə bağlı 442 vətəndaş müraciəti qəbul edib.

Bunlardan 152-si qaz təchizatı, 65-i elektrik təchizatı, 7-si istilik təchizatı, 58-i su təchizatı, 44-ü telefon rabitəsi və internet xidmətləri, 4-ü poçt rabitəsi, 2-si dəmiryol nəqliyyatı, 9-u hava yolu nəqliyyatı, 34-ü isə digər sahələrdə olub.

Müraciətlərə baxılması nəticəsində 101 326 manat vəsait istehlakçılara geri ödənilib.