Azərbaycanda problemli kreditlərin məbləği 25% azalıb

16:28 - 21.08.2023


21 avqust, Fineko/abc.az. Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 494,7 milyon manat təşkil edib.

ABC.AZ “Report”a istinadla xəbər verir ki,  Azərbaycan Mərkəzi Bankın hesabatına əsasən, bu, iyulun 1-i ilə müqayisədə 1,5 % azdır.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 16,7 %, son 1 ildə isə 25,3 % azalıb.

Bu il iyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,2 % təşkil edib. Bu nisbət iyunun sonuna 2,3%, ötən ilin sonuna 2,9 %, ötən il iyunun sonuna isə 3,5 % olub.