14:40 - 21.08.2023
21 avqust, Fineko/abc.az. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.
ABC.AZ Mərkəzi banka istinadla xəbər verir ki, cari ilin yeddi ayında ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artmışdır.
2023-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 4556 mln. manat təşkil edib
Həyata keçirilən nağdsız ödənişlərin 3583 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 965 mln. manatı POS-terminallar, 7 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 53%-ni təşkil edib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026