10:30 - 21.08.2023
21 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 24 bankdan 1-i bu ilin I yarısında əməliyyat mənfəəti əldə etməyib.
ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, bu, “Muğan Bank” ASC-dir.
Başqa sözlə, bu bank əməliyyat zərərinə uğrayıb. Zərərin məbləği 1,293 milyon manatdır.
Qalan 23 bank isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Onlardan 5-də bu göstərici 30 milyon manatdan çoxdur. Həmin banklar “Azərbaycan Beynəlxalq Bankı” (244,593 milyon manat), “Kapital Bank” (214,228 milyon manat), “PAŞA Bank” (131,636 milyon manat), “Xalq Bank” (37,968 milyon manat) və “Unibank” (31,954 milyon manat) ASC-lərdir.
Qalan 18 bankdan 6-da əməliyyat mənfəəti 10-30 milyon manat arasında, 9 bankda 1-10 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan azdır.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026