15:15 - 18.08.2023
18 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 milyard 6,9 milyon dollar təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 17,8 faiz çoxdur.
Bu barədə ABC.AZ İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-ya istinadən xəbər verir.
Qeyd edilir ki, təkcə bu ilin iyul ayında Azərbaycandan 233,55 milyon dollardan çox qeyri-neft məhsulları ixrac edilib. Bu da ötən ilin eyni ayı ilə müqayisədə 0,5 faiz çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik ifadədə 12,3 faiz artaraq 3 milyard dolları ötüb.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026