Dövlət qeydiyyatına alınan qiymətli kağızlar açıqlanıb

11:18 - 18.08.2023


18 avqust, Fineko/abc.az. Mərkəzi Bank tərəfindən təqdim olunmuş məlumatlara görə, 2023-cü ilin altı ayında ölkədə 5 milyard 500 milyon manat dəyərində dövlət istiqrazları, Mərkəzi Bankın 1 milyard 740 milyon manat dəyərində notları, 668,4 milyon manat dəyərində korporativ istiqrazları, 229,8 milyon manat dəyərində səhmlər dövlət qeydiyyatına alınıb.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bankın 1 milyard 514,9 milyon manatlıq notları, 1 milyard 15 milyon manatlıq dövlət istiqrazları, 849,7 milyon manatlıq korporativ istiqrazları və 107,3 milyon manatlıq səhmlər yerləşdirilib.

2023-cü ilin yanvar-iyun aylarında nominal dəyəri Mərkəzi Bankın 357,8 milyon manat olan notları, 325,7 milyon manatlıq korporativ istiqrazları, 296,3 milyon manatlıq dövlət istiqrazları və 114,5 milyon manatlıq səhmlər tədavüldə olub.