17:33 - 17.08.2023
17 avqust, Fineko/abc.az. "Finca Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 840 min manat xalis mənfəət ilə başa vurub. Xatırladaq ki, Təşkilat 2022-ci ili 3 milyon 267 min manat, 2021-ci ili isə 2 milyon 611 min manat xalis mənfəət ilə bağlamışdı.
Şirkətin yarımillik hesabatında qeyd edilir ki, 2023-cü ilin birinci yarısında "Finca Azerbaijan"ın faiz gəlirləri 8 milyon 52 min manat, qeyri-faiz gəlirləri 222 min manat, əməliyyat xərcləri çıxıldıqdan sonra əməliyyat mənfəəti 1 milyon 4 min manat təşkil edib. Təşkilat 118 min manat mənfəət vergisi ödəyib.
30 İyun 2023-cü il tarixində "Finca Azerbaijan"ın xalis kredit portfeli (müştərilərə verilmiş kreditlər) 52 milyon 833 min manata çatıb. Ötən ilin sonunda
Təşkilatın müştərilərə verdiyi cəmi kreditlər (xalis) 44 milyon 875 min manat təşkil etmişdi. Beləliklə, cari ilin ilk 6 ayında "Finca Azerbaijan"ın xalis kredit portfeli 7 milyon 958 min manat artıb.
30 İyun 2023-cü il tarixində "Finca Azerbaijan" 303 nəfər işçiyə malik olub.
"Finca Azerbaijan"ın 100% təsisçisi "FİNCA Coöperatief U.A" təşkilatıdır.
marja.az
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026