Yeddi  ayda 1 mlrd. manatdan çox içki və tütün məmulatları satılıb 

12:25 - 17.08.2023


17 avqust, Fineko/abc.az. Cari ilin ilin yeddi  ayında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 370.9 milyon manatlıq içki və tütün məmulatları satılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 437,9 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 59,1 manat çox olub. 

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 246,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 191 manatlıq qeyri-ərzaq malları alıb.