Hollandiya iqtisadiyyatı tənəzzülə girir 

16:17 - 16.08.2023


16 avqust, Fineko/abc.az. Cari ilin birinci rübündən sonra Hollandiya iqtisadiyyatı ikinci rübdə daraldı və tənəzzülə girdi.

ABC.AZ xəbər verir ki, Hollandiya Statistika İnstitutu 2023-cü ilin ikinci rübünün artım templəri ilə bağlı məlumatları açıqlayıb.

Məlumatlara görə, birinci rübdə əvvəlki rüblə müqayisədə 0,4% daralan Hollandiya iqtisadiyyatı ikinci rübdə 0,3% kiçilib.

Ölkədə ÜDM də 2023-cü ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalıb.
İstehlak xərclərinin və ixracatın azalması səbəbindən Hollandiya Kovid-19 pandemiyasının başlanğıcından bəri ilk dəfə tənəzzülə girdi.
Ölkədə ərzaq və enerji qiymətlərinin artması inflyasiyanın sürətlə artmasına və iqtisadi fəallığın ləngiməsinə səbəb olub.