İki yeni lizinq şirkəti qeydiyyata alınıb

14:09 - 14.08.2023


14 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Zəngəzur Lizing” MMC və “F-Pro Lizinq” MMC-ni dövlət qeydiyyatına alıb.

ABC.AZ quruma istinadla xəbər verir ki, Zəngəzur Lizing” MMC-nin hüquqi ünvanı Ağdam rayonu, Quzanlı qəsəbəsi, nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi isə Rövşən Yusif oğlu Rüstəmovdur.

“F-Pro Lizinq” MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 31, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Fuad Fəxrəddin oğlu Əliyevdir.