Meksika Mərkəzi Bankı faiz dərəcəsini dəyişməyib

12:30 - 11.08.2023


11 avqust, Fineko/abc.az.  Gözləntilərə uyğun olaraq, Meksika Mərkəzi Bankı (Banxico) siyasət faizini dəyişmədi.

ABC.AZ xəbər verir ki, Meksika Bankı analitiklərin proqnozlarına uyğun olaraq, cümə axşamı günü  faiz dərəcəsini 11,25 faiz səviyyəsində saxlayıb. 

Mərkəzi Bank bu qərarı 5 nəfərdən ibarət idarə heyəti tərəfindən yekdilliklə qəbul edib.