14:31 - 10.08.2023
10 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2023-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi müəssisələr üzrə 0,9 faiz, fərdi sahibkarlar üzrə 4 faiz, bazar və yarmarkalarda 3,8 faiz artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 437,9 manatlıq, o cümlədən 246,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 191,0 manatlıq qeyri-ərzaq malları alıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026