Bankların xüsusi kapitalı artıb

11:10 - 10.08.2023


10 avqust, Fineko/abc.az. Bu il iyulun 1-nə Azərbaycan banklarının ümumi ehtiyatları 435,4  milyon manat təşkil edib. Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 5% çoxdur. 

ABC.AZ "Renkinq"ə istinadla xəbər verir ki, cari dövrdə bankların xüsusi kapitalı 5 477,3 milyon manat təşkil edib ki, bu da  ötən il iyulun 1-i ilə müqayisədə 5,2% çoxdur.