Dünya Bankı ilə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

17:04 - 9.08.2023


9 avqust, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeyster ilə görüşüb.

Nazirlikdən ABC.AZ-a bildirilib ki, iqtisadiyyat naziri Azərbaycanın Dünya Bankı ilə uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Ölkəmizdə bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələrinin yüksək qiymətləndirildiyini bildirib. 

Tərəflər, həmçinin Dünya Bankı ilə ölkəmiz arasında əməkdaşlığın gücləndirilməsi, birgə layihələr, həmçinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, investisiyaların təşviqi barədə müzakirə aparıb.