Cari ildə  qeyri-neft/qaz sektoru üzrə gəlirlərin 11,6 % artması gözlənilir

17:11 - 2.08.2023


2 avqust, Fineko/abc.az. 2023-cü ilin ilkin proqnoz göstəriciləri ilə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 1 milyard 442,7 milyon manat və ya 8,9 faiz, qeyri-neft/qaz sektoru üzrə isə 1 milyard 673,8 milyon manat və ya 11,6 faiz artması gözlənilir.

Bu barədə ABC.AZ   Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir.

Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft/qaz üzrə gəlirlərinin xüsusi çəkisi ilkin proqnoz göstəricisinə nisbətən 0,7 faiz-bənd artaraq 47,7 faiz təşkil edəcək.