Büdcə gəlirlərinin 52,3 faizi neft-qaz sektorunun payına düşür

17:05 - 2.08.2023


2 avqust, Fineko/abc.az. Cari ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 33 milyard 890,5 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da ilkin təsdiq edilmiş proqnoz göstəricisinə nəzərən 10,1 faiz çoxdur.

Bu barədə ABC.AZ   Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir.

Qeyd olunur ki, dövlət büdcəsinin gəlirlərinin 52,3 faizi və ya 17 milyard 739,7 milyon manatı neft-qaz sektorunun, 47,7 faizi və ya 16 milyard 150,8 milyon manatı qeyri-neft/qaz sektorunun payına düşür.