Cari ilin altı ayında xarici dövlət borcu 6 mlrd. dollar təşkil edib 

17:20 - 1.08.2023


 1 avqust, Fineko/abc.az. 2023-cü ilin iyulun 1-nə xarici dövlət borcu 6 milyard 576,9 milyon ABŞ dolları təşkil edib və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 10 faizi həcmində olub.

Bu barədə  ABC.AZ Maliyyə Nazirliyinə istinadla xəbər verir.
 Hesabat dövrünə daxili dövlət borcu 4 milyard 970,3 milyon manat təşkil edib və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 4,5 faizi həcmində olub. Daxili dövlət borcunu daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə qalıq borc təşkil edib.
 Hesabat tarixinə daxili dövlət borcunun 27,5 faizi 1 illik, 52,1 faizi 2 və 3 illik, 20,4 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür. Xarici dövlət borcu üzrə imzalanmış müqavilələr çərçivəsində cari ilin ilk altı ayı ərzində 113,3 milyon manat istifadə edilib.