Böyük Qayıdış Proqramı üçün ayrılan vəsaitin məbləği artırılır

16:33 - 1.08.2023


 1 avqust, Fineko/abc.az. Cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaiti 5 milyard 260 milyon manata çatdırılacaq.

Bu barədə ABC.AZ Maliyyə Nazirliyinə istinadla xəbər verir.

 Bütövlükdə yaradılmış 4,4 milyard manat məbləğində maliyyə resurslarının 2 milyard 260 milyon manatının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaitinin 5 milyard 260 milyon manata çatdırılması nəzərdə tutulub.