Cari ildə DSMF- in gəlir və xərcləri 6 mlrd. manat təşkil edəcək

16:00 - 1.08.2023


 1 avqust, Fineko/abc.az. 2023-cü il üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 4 milyon manat (0,1 faiz) artırılmaqla 6 milyard 268 milyon manat təşkil edəcək.

Bu barədə  ABC.AZ xəbər verir ki, Maliyyə Nazirliyinə istinadla xəbər verir.

İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olaraq 5 milyon manat (2,4 faiz) artırılmaqla 217,7 milyon manat olacaq.