15:29 - 28.07.2023
28 iyul, Fineko/abc.az. "Bank VTB Azərbaycan" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 5 milyon 747 min manat xalis mənfəət ilə başa vurub.
ABC.AZ Bankın hesabata istinadən xəbər verir ki, maliyyə qurumu ötən ilin eyni dövrünü 6 milyon 208 min manat xalis mənfəət ilə bağlamışdı.
Hesabatda qeyd edilib ki, "Bank VTB Azərbaycan"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 1 milyon 1 min manat və ya 8% artaraq 13 milyon 462 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 866 min manat azalaraq 3 milyon 162 min manat təşkil edib. Qeyri-faiz gəlirlərinin azalması xarici valyutalar üzrə gəlirin azalması ilə əlaqədardır.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026