Bu bankın depozitləri 125 milyon 528 min manat artıb

16:25 - 26.07.2023


26 iyul, Fineko/abc.az. "AccessBank"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 125 milyon 528 min manat artaraq 985 milyon 582 min manata çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə Bankın hesabatında qeyd edilib.

O cümlədən, fiziki şəxslərin depozitləri 77 milyon 613 min manat artaraq 796 milyon 626 min manata, hüquqi şəxslərin depozitləri isə 47 milyon 915 min manat artaraq 188 milyon 956 min manata yüksəlib.

30 İyun 2023-cü il tarixində "AccessBank" 122 milyon  512 məcmu kapitala malik olub.