14:52 - 26.07.2023
26 iyul, Fineko/abc.az. Avqustun 3-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.
ABC.AZ Fonda istinadla xəbər verir ki, daşınmaz əmlak Quba rayonu, Zizik kəndində yerləşən 0,545098 hektar torpaq sahəsidir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 7500 manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şössesi 27.
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026