15:30 - 24.07.2023
24 iyul, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 56 bank olmayan kredit təşkilatından (BOKT) 23-nün ötən il vergiyəqədərki mənfəəti əvvəlki illə müqayisədə çox olub.
ABC.AZ “Renkinq” -ə istinadla xəbər verir ki, bunlar, “Kəpəz”, “İDK”, “Optimal Finance”, “İnkişaf üçün maliyyə”, “International”, “Asel Kredit”, “Azinvestkredit”, “PSG Finans”, “MJ Financial Services”, “Premier Kredit”, “City Finance”, “TBC Kredit”, “Qafqaz Kredit”, “İdeal Kredit”, “Avrasiya-Kredit”, “Kredex”, “Finoko”, “Regional”, “FİNKA Azərbaycan”, “MCB”, “Viator Mikrokredit Azərbaycan”, “Finans Kredit” və “Aqrarkredit” BOKT-lardır. Ən yüksək dinamika “Kəpəz”də (18,2 dəfə), ən aşağı dinamika isə “Aqrarkredit”də (0,2%) qeydə alınıb.
10 BOKT-un – “Azkredit”, “Embafinans”, “Pro Kredit”, “M Bulak”, “Merkuri”, “Effektinvest”, “Kredit Servis”, “Brand Credit”, “Falcon Finance” və “TCF”in isə vergiyəqədərki mənfəəti azalıb. Ən çox azalma “TCF”də (45%), ən az azalma isə “Azkredit”də (0,7%) qeydə alınıb.
8 BOKT-un – “Caspian İnvest”, “FNC”, “Birkart”, “Azərbaycan Mikro-Kredit”, “Finans İnvest”, “Finex Kredit”, “SF Azerbaijan” və “Azəri Star Mikromaliyyə”nin vergiyəqədərki zərəri artıb, 4 BOKT-un – “İcraçı Kredit Agentliyi”, “Prior Credit”, “Para” və “Kredaqro”nun isə vergiyəqədərki zərəri azalıb.
3 BOKT – “Azpul”, “Fintrend” və “Nas Project” 2022-ci ili vergiyəqədərki mənfəətlə, 2021-ci ili vergiyəqədərki zərərlə, 2 BOKT - “Azfinans” və “Azmikroinvest” ötən ili vergiyəqədərki zərərlə, əvvəlki ili isə vergiyəqədərki mənfəətlə başa vurub, 1 BOKT-un - “Finkapital”ın 2022-ci ildə mənfəəti olsa da, 2021-ci ildə nə mənfəəti, nə də zərəri olmayıb, 1 BOKT-un - “Aset Maliyyə Texnologiyaları"nın isə ötən il zərəri olsa da, əvvəlki il nə mənfəəti, nə də zərəri olmayıb. Odur ki, bu kredit təşkilatlarının vergiyəqədərki mənfəətinin (zərərinin) dinamikasını hesablamaq mümkün olmayıb.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026