15:18 - 24.07.2023
24 iyul, Fineko/abc.az. “Naxçıvan Bank” ASC-nın aktivləri ilk altı ayda 295,8 milyon manat olub.
ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, aktivlər ötən ilin sonu ilə müqayisədə 50,7 milyon manat, yaxud 14,6% azalıb.
Aktivlərin 22,8 milyon manatını nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait, 29,8 milyon manatını qiymətli kağızları təşkil edib.
Bankın əsas gəlir mənbəyi olan kredit portfeli 204,7 milyon manat olub.
Ötən ilin sonu illə müqayisədə kredit portfelinin həcmi 31,1 milyon manat, 17,9% artıb. Bankın öhdəlikləri təxminən 188,5 milyon manat olub ki, bu son altı ayla müqayisədə 45,8 milyon manat, yaxud 19,5% azalma deməkdir.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026