12:30 - 24.07.2023
24 iyul, Fineko/abc.az. “Yapı Kredi Bank Azərbaycan” bu ilin ikinci rübü ilə bağlı hesabat açıqlayıb.
ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə istehlak kreditləri 15.1% artaraq 52 milyon manat, daşınmaz əmlak üzrə verilən kreditlər 25.3% artaraq 28 milyon manat olub.
Biznes kreditləri isə cari ilin ikinci rübündə 171 milyon manat təşkil edib.
“Yapı Kredi Bank Azərbaycan” cari ilin ikinci rübündə Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirib.
Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 23.37%, məcmu kapitalının adekvatlıq əmsalı isə 25.73% olub. Bankın tutulmalardan sonra məcmu kapitalı 79.5 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026