17:23 - 18.07.2023
18 iyul, Fineko/abc.az. Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 18 iyul Şuşada keçirilən 12-ci iclasında Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın Yenidənqurma və İnkişaf Fondu arasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması və energetika sahəsində əməkdaşlığın inkişafına dair sənədlər imzalanıb.
ABC.AZ xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov tviter hesabında bildirib.
"Sənədlərin icrası iqtisadi tərəfdaşlığımızı və iki ölkənin biznes subyektləri arasında əlaqələri gücləndirəcək", - deyə o qeyd edib.
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026