15:15 - 18.07.2023
18 iyul, Fineko/abc.az. "Rabitəbank" ASC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-cü ilin birinci yarısında (yanvar-iyun) ötən ilin sonu ilə müqayisədə 70 milyon 895 min manat və ya 11,6% artaraq 30 iyun 2023-cü il tarixində 681 milyon 771 min manata çatıb.
Ötən ilin sonunda Bankın kredit portfeli 610 milyon 877 min manat təşkil etmişdi.
ABC.AZ "Marja"ya istinadla xəbər verir ki, o cümlədən "Rabitəbank"ın istehlak kreditləri portfeli 24 milyon 424 min manat artaraq 230 milyon 29 min manata, biznes kreditləri portfeli 28 milyon 220 min manat artaraq 333 milyon 624 min manata, ipoteka kreditəri portfeli isə 18 milyon 250 min manat artaraq 118 milyon 118 min manata yüksəlib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026