Türk lirəsi rekord həddə ucuzlaşdı

10:24 - 18.07.2023


18 iyul, Fineko/abc.az. Türkiyə valyutası taxıl müqaviləsi ətrafında yaranmış vəziyyət fonunda dollar və avro qarşısında dəyər itirməyə başlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, türk lirəsi bununla da ötən gün, yəni bazar ertəsi tarixi minimumunu yeniləyib. Sessiya ərzində türk lirəsi 1 dollar üçün 26,37 lirə həddinə çatıb.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Mərkəzi Bankı əsas uçot dərəcəsini 8,5%-dən 15%-ə qaldırıb, daha sərt pul siyasəti yürüdəcəyini vəd edib.