“Günay Bank”ın əmanətçilərinə 30 mln. manata yaxın kompensasiya ödənilib

15:36 - 12.07.2023


12 iyul, Fineko/abc.az. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) iyunun 19-dan bu günə qədər lisenziyası ləğv edilmiş "Günay Bank" ASC-nin əmanətçilərinə 29,348 milyon manat kompensasiya ödəyib.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki,bu məbləğ 1 810 nəfər əmanətçiyə ödənilib.

O cümlədən, 1 627 manat əmanətçisi 23,027 milyon manat, 167 ABŞ dolları əmanətçisi 6,076 milyon manat, 16 avro əmanətçisi isə 245 min manat kompensasiya alıb.

Ödənişlər “Bank Respublika” ASC-nin bütün filial və şöbələrində həyata keçirilir.