Regionlarda kreditlər əlçatan deyil - Deputat

12:25 - 10.07.2023


10 iyul, Fineko/abc.az. Azərbaycandakı kommersiya banklarının verdikləri kreditlərin 76 %-i Bakının payına düşür, odur ki, regionlarda kreditlər əlçatan deyil.

ABC.AZ xəbər verir ki, bunu deputat Vüqar Bayramov Bakıda keçirilən "Bank mübahisələrinin uğurlu həlli yollar" mövzusunda Elmi-Praktik Konfrasda bildirib.

O qeyd edib ki, regionlarda xüsusilə sahibkarların kreditlərə əlçatanlığı aşağı səviyyədədir.

"Paytaxtdan kənarda kreditləşmə imkanlarından kifayət qədər yaxşı istifadə edilmir", - deyə o qeyd edib.

Bundan başqa, deputatın sözlərinə görə, Azərbaycanda istehlak kreditləşməsinin sürətlə artması da narahatlıq doğurur:

""Bu ilin 5 ayınnın sonuna istehlak və ipoteka kreditlərinin portfelinin qalığı 9 milyard manatdan çox təşkil etmişdi. Biz nə qədər istehlak kreditlərinə önəm veririksə, bir o qədər də mübahisələr üçün zəmin yaradırıq".