14:39 - 6.07.2023
6 iyul, Fineko/abc.az. Maliyyə bazarları sahəsində lisenziyaların (icazələrin) verilməsi, verilmiş lisenziyaların (icazələrin) qüvvəsinin dayandırılması, məhdudlaşdırılması və ləğv edilməsi maliyyə bazarlarını tənzimləyən qanunlara uyğun olaraq Mərkəzi Bank tərəfindən həyata keçiriləcək.
ABC.AZ xəbər verir ki, bu, Milli Məclisdə keçirilən iclasda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, lisenziya və icazələrin verilməsi üçün təqdim olunan sənədlərin forma və məzmunu Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. Mərkəzi Bank maliyyə bazarlarında lisenziya (icazə) tələb edən fəaliyyətin müvafiq lisenziya (icazə) olmadan göstərilməsi faktını aşkar etdikdə belə fəaliyyətlə məşğul olan şəxslərə bu fəaliyyətin və təqdim edilən xidmətin (məhsulun) reklamının və ya hər hansı digər formada yayımlanmasının dərhal dayandırılması tələbi barədə bildiriş təqdim edir.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026