12:41 - 4.07.2023
4 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatına görə, iyulun 4-də baş tutan valyuta hərracında bankların tələbi $39,9 mln təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan $19,4 mln və ya 94,6% çoxdur.
Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.
İyunun 22-də valyuta hərracında Mərkəzi Bank banklara $20,5 mln satıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026