Azərbaycan Mərkəzi Bankı ABŞ şirkətindən 400 min dollarlıq məsləhət alıb

12:10 - 4.07.2023


4 iyul, Fineko/abc.az. 2022-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ-ın “McKinsey & Company” şirkətindən 669 min manat və yaxud 393,5 min ABŞ dolları dəyərində məsləhət alıb.

ABC.AZ bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Xatırladaq ki, 2021-ci ildə AMB-nin bu istiqamətdə xərcləmələri olmayıb.