"FİNOKO" BOKT-un nizamnamə kapitalı 500 min manat artırılır

11:45 - 3.07.2023


3 iyul, Fineko/abc.az. "Bank Olmayan Kredit Təşkilatı FİNOKO" ASC-nin nizamnamə kapitalı 500 min manat artırılır.

ABC.AZ xəbər verir ki, təşkilat hər birinin nominal dəyəri 10 manat olan 50 min ədəd səhm emissiya edib.

Əgər səhmlərin yerləşdirilməsi uğurlu olarsa "BOKT FİNOKO"nun nizamnamə kapitalı 4 milyon 855 min manatdan 5 milyon 355 min manata yüksələcəkdir. 

Hazırda "BOKT FİNOKO" ASC-nin səhmdarları Əliyev Elçin Rəşid oğlu (50%) və Əliyev Elmar Rəşid oğludur (50%). Yeni səhmlər də iki qardaş tərəfindən bərabər şəkildə əldə ediləcəkdir.