10:02 - 25.06.2023
25 iyun, Fineko/abc.az. Mərkəzi Bankın tədavülə buraxdığı kağız, metal, o cümlədən yubiley, xatirə və investisiya məqsədli pul nişanları ilk dəfə Milli Azərbaycan Tarix Muzeyinin yeni qurulacaq ekspozisiyasında sərgilənməsi məqsədilə Muzeyə təqdim edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Məlumata görə, muzeyə təqdim edilmiş kolleksiyada Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş yubiley pul nişanları silsiləsi müstəsna yerə malikdir. Eləcə də ölkəmizin tarixində ilk dəfə olaraq Ulu Öndərin anadan olmasının 100 ilinə həsr olunmuş Azərbaycan qızılı əsasında hazırlanmış investisiya məqsədli pul nişanları da Muzeydə sərgilənəcək.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026