16:58 - 24.06.2023
24 iyun, Fineko/abc.az. 2023-cü ilin yanvar-may aylarında bankların biznes kreditləri portfeli 2,9% - 11 milyard 170,8 milyon manata qədər (bütün kredit portfelinin 54,1%-i), mayda 62,8 milyon manat artıb.
Yanvar-may aylarında bankların istehlak kreditləri portfeli 8,2% - 6 milyard 224,5 milyon manata qədər artıb, xüsusi çəki 30,1% təşkil edib.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, mayda istehlak kreditləri portfeli 152,2 milyon manat artıb.
Hesabat dövründə bankların ipoteka kreditləri portfeli 9,3% - 3 milyard 263,95 milyon manata qədər və ya bankların bütün kredit portfelinin 15,8%-i səviyyəsində artıb. Mayda ipoteka kreditləri portfeli 64,7 milyon manat artıb.
2023-cü il mayın 31-nə Azərbaycanda 24 bank fəaliyyət üçün lisenziyaya malik olub.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026